Məşhur aktrisa faciəvi şəkildə öldü

Məşhur aktrisa faciəvi şəkildə öldü
MAQAZİN
10:43 19.09.2023
291
Türkiyənin Muğla şəhərində yaşayan 36 yaşlı aktrisa Merve Kayaalp evdə heç kim olmadığı zaman atasının lisenziyalı silahı ilə başına atəş açaraq həyatına son qoyub.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa "Sakarya Fırat", "Küçük Kıyamet", "Düşler ve Umutlar", "Elif", "Şeref Meselesi" və "Savaşçı" seriallarında rol alıb.

Dalaman Qazi Bulvarında yerləşən yaşayış binasının ikinci mərtəbəsinin eyvanından silah səsləri eşidən ətrafdakılar 112 Təcili Zəng Mərkəzinə məlumat verib.
 
Hadisə yerinə təcili tibbi yardım və polis qrupları sövq edilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR