Tanınmış amerikalı aktrisa Qvinet Peltrou gözəllik sirlərini bölüşüb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, aktrisa və sahibkar Qvinet Peltrou sağlamlıq və həyat tərzi brendi "Goop” üçün çəkdiyi yeni videosunda mükəmməl ayaqlara sahib olmaq üçün nə etmək lazım olduğunu bölüşüb.
"Goop”-un İnstaqram səhifəsində bir video paylaşan məşhur aktrisa izləyicilərinə dəri fırçalama texnikasını nümayiş etdirib.
Yaydığı videoda çimərlik paltarında görünən "Oskar" mükafatlı ulduz saunada oturarkən ayaqlarını fırçalayır.
Son iki ildə bu rutini tətbiq etdiyini bildirən Peltrou səhər duşundan əvvəl quru dərinin fırçalanmasının son dərəcə faydalı olduğunu bildirib.
Ayşən