"Gossip Girl" və "Buffy The Vampire" seriallarının ulduzu Mişel Traxtenberq 39 yaşında vəfat edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, onun ölümünün səbəbi açıqlanmayıb.
Polis ölümün şübhəli olmadığını bildirib.
Məlumata görə, Traxtenberq bu yaxınlarda qaraciyər transplantasiyası əməliyyatı keçirib. Ölümün səbəbi rəsmən açıqlanmasa da, son günlər sosial şəbəkələrdə paylaşılan paylaşımlar vasitəsilə onun səhhətində problemlər olduğu bildirilmişdi.
Aysel