Məşhur aktrisa mükafata layiq görüldü

Məşhur aktrisa mükafata layiq görüldü
MAQAZİN
09:42 20.09.2023
171
Türkiyəli məşhur aktrisa Şevval Şam 2000-ci ildən bəri Livanda keçirilən ərəb dünyasının ən möhtəşəm mükafatlarından biri olan Murex D'or 2023 Beynəlxalq Mükafatlarında Ən Yaxşı Qadın Oyunçu mükafatını qazanıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, altı mövsüm yayımlanan "Yasak Elma” serialı, eləcə də rol aldığı uğurlu seriallarda çıxış edən Şevval Şam, uğurunu Beyrutda aldığı mükafatla taclandırıb.
 
Mərasimdə xarici mətbuatın suallarını cavablandıran aktrisa sevənləri tərəfindən böyük maraqla qarşılanıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR