Xəbər verdiyimiz kimi, cinayət məqsədi ilə təşkilat qurmaq və rəhbərlik etmək, cinsi təcavüz kimi cinayətlərdən 1075 il həbs cəzası alan Adnan Oktarın həbsxanada son halı ortaya çıxıb.
AZXEBER.COM xəbər verir ki, məhkum olduğu Ədirnə həbsxanasına girdiyi gündən saç və saqqallarını uzatmağa başlayan Oktarın yeni imici sosial mediada gündəm olub. Fotonu görənlər ona müxtəlif reaksiyalar veriblər.
Adnan Oktarın həbsxanadakı son durumu ilə bağlı qeyri-adi şərh məşhur aktrisa Ezgi Moladan gəlib.
Aktrisa Oktarın son versiyasına bu sözləri yazıb:
"Ola bilərmi ki, plastik cərrah da cəzalandırılıb? Sadəcə soruşdum ki, pis niyyətim yoxdur". "Yeşilçam "əfsanəsi Filiz Akın da "Ezgi ilə razıyam. Sadəcə soruşuruq", - deyərək Ezgi Molaya dəstək olub.
Aydın