Məşhur aktrisa: "Mənə hesab ödətdirən kişiyə ətək geyindirərəm"

Məşhur aktrisa: "Mənə hesab ödətdirən kişiyə ətək geyindirərəm"
MAQAZİN
00:09 29.12.2022
951

Türkiyəli müğənni diqqətçəkən açıqlama verib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, tez-tez açıqlamaları ilə gündəm yaradan aktrisa Selen Görgüzel bu dəfə də fikirləri ilə diqqət çəkib.

Ötən aylarda rejissor həyat yoldaşı Hamdi Alkandan boşanan Selen Görgüzel paylaşımları və açıqlamaları ilə adından söz etdirməyə davam edir.

Aktrisa qatıldığı proqramda "Mən əgər kişinin hesabını ödəyəcəyəmsə, belə olan halda ona ətək də geyindirəcəm. Mən özümü dəyərli hesab edirəm. Bu feminizm qadın-kişi balansını pozdu, qadının dəyərini yox etdi”, - deyə bildirib.

Onun bu açıqlaması sosial media izləyiciləri tərəfindən müzakirə mövzusuna çevrilib.

Ayşən

OXŞAR XƏBƏRLƏR