Məşhur aktrisadan hicablı qadının təhqir edilməsinə sərt münasibət

Məşhur aktrisadan hicablı qadının təhqir edilməsinə sərt münasibət
DÜNYA
19:10 20.07.2023
348
Türkiyəli məşhur aktrisa Bergüzar Korel avtobusda hicablı gənci təhqir edən qadına sərt reaksiya verib.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Türkiyənin Bursa şəhərində  ictimai nəqliyyatda bir qadın hicablı gənc qızı "hicabın mənə toxunur, səndən iyrənirəm” deyərək təhqir edib. Sərnişinlərin reaksiyasına görə üzr istəyən qadına növbəti reaksiya məşhur aktrisa Bergüzar Koreldən gəlib.
Aktrisa qadının davranışa cavab olaraq, bu cür insanlara nifrət etdiyini bildirib. 

O cəmiyyətdə belə ayrıseçilik yaradan halları qınadığını vurğulayıb.

Şəbnəm
OXŞAR XƏBƏRLƏR