Məşhur aktrisanın həyat yoldaşı dələduzluqda günahlandırılır

Məşhur aktrisanın həyat yoldaşı dələduzluqda günahlandırılır
MAQAZİN
11:48 23.05.2025
291
Pınar Altuğun həyat yoldaşı Yağmur Atacanın şirkətinə qarşı hüquqi proses başlanıb.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dənizlidə konserv istehsal edən bir şirkət, Yağmur Atacanın sahibi kimi göründüyü şirkətin aldıqları məhsulların pulunu ödəmədiyini bildirərək, hüquqi prosesə başlayıb.
 
Şirkət, son aylarda verdiyi 761 min 510 lirəlik çekin etibarsız çıxdığını bildirib.

Qida şirkətinin maliyyə meneceri Atacanı dələduzluqda ittiham edib:

"Bir ilə yaxındır ki, Yağmur Atacana məxsus şirkətlə iş birliyimiz var. O, son 2-3 ayda aldığı məhsullar üçün şirkətə çeklə ödəniş edib. Bu çek etibarsız çıxaraq geri göndərilib. Onunla əlaqə saxlamaq istədik, bizə cavab verilmədi. Nəticədə onun barəsində şikayət vermişik".
 
Aysel
OXŞAR XƏBƏRLƏR