Məşhur aktrisanın ölüm səbəbi bilindi

Məşhur aktrisanın ölüm səbəbi bilindi
MAQAZİN
15:40 17.04.2025
406
Bu il fevral ayında 39 yaşında dünyasını dəyişən amerikalı aktrisa Mişel Traxtenberqin ölüm səbəbi məlum olub.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Mişelin diabet xəstəliyinin olduğu və diabetin ağırlaşmasından vəfat etdiyi bildirilib.
 
Bu barədə Nyu-York şəhər Baş Tibbi Ekspertiza İdarəsi məlumat yayıb.
 
Qeyd edək ki, aktrisa vəfat etməzdən bir qədər öncə qaraciyər transplantasiyası əməliyyatı keçirmişdi. O, məşhur "Gossip Girl” ("Qeybətçi qız") filmində canlandırdığı Sparks obrazı ilə şöhrət qazanmışdı.
 
Aysel
OXŞAR XƏBƏRLƏR