Məşhur aktyor çəkiliş zamanı operatoru öldürdü

Məşhur aktyor çəkiliş zamanı operatoru öldürdü
DÜNYA
15:51 27.10.2021
454
Operatorun ölümünə səbəb olan məşhur aktyor Alek Bolduin göz yaşlarına boğulub.

"Oskar" mükafatına namizəd olan dünya şöhrətli aktyor Alek Bolduinin prodüserliyi və baş rolda oynadığı "Rust” filminin çəkilişləri zamanı dəhşətli hadisə baş verib.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, "Rust” filminin çəkilişləri zamanı kinooperator və rejissor Bolduinin səhnədə istifadə etdiyi silah səbəbindən ölüb.

Qəza nəticəsində kinooperator Halyna Hatçins ölüb, rejissor xəstəxanaya yerləşdirilib.

42 yaşlı kinooperator Hatçins hava yolu ilə Nyu Meksiko Universitet Xəstəxanasına aparılıb və bütün müdaxilələrə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

48 yaşlı filmin ssenari müəllifi və rejissoru Coel Souza Christusun Vincent Regional Tibb Mərkəzində müalicəsi davam edir. Bolduinin sözçüsü hadisənin qəza səbəbindən olduğunu söyləyib.

Hadisədən şoka düşən aktyorun polis idarəsi qarşısında göz yaşlarına boğulduğu bildirilib.
 
Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR