Məşhur aktyor 40 kiloqram arıqladı

Məşhur aktyor 40 kiloqram arıqladı
MAQAZİN
19:59 05.02.2026
409

Aktyor Kayra Şenocak ilk dəfə 40 kiloqranm arıqlamasının sirrini bölüşüb.

 

AZXEBER.COM xəbər verir ki, layihələrdən birinə qonaq olan Kayra bu prosesin şüurlu qidalanma, nizam-intizam və həyat tərzinin köklü şəkildə dəyişdirilməsi ilə mümkün olduğunu vurğulayıb.

Aktyorun arıqlamaq üçün tətbiq etdiyi əsas üsullardan biri su istehlakı olub. O, hər dəfə əsas yeməkdən təxminən bir saat əvvəl 1,5 litr su içərək özündə toxluq hissi yaradıb. Bu yanaşma porsiya nəzarətini asanlaşdırır və həddindən artıq yeməyin qarşısını alır.

Arıqlama prosesində qadağalardan çox, düzgün seçimlər ön plana çıxır. Ona görə də aktyor şəkəri tamamilə qida rasionundan çıxarıb, duz istifadəsini isə minimuma endirib. Şirniyyat istəyi yarandıqda isə təbii alternativlərə üstünlük verir. Bu yanaşma qidalanmanı müvəqqəti pəhrizdən çox, davamlı vərdişə çevirib.

 

 
 

OXŞAR XƏBƏRLƏR