Paytaxtın Mirzağa Əliyev küçəsindəki söküntü tikinti işləri də bu ərazidəki sakinləri narahat edir. Vaxtılə qış bulvarı adı ilə başlanan bu işlər ərazidə qış ab-havası yaratsa da, adına uyğun bulvar kimi fəaliyyət göstərilməyəcəyi bildirildi. Sadəcə üstü park, altı dayanacaq olacaq bu tikinti ətrafda yaşayanları artıq bir müddətdir ki, ətrafdakı sakinlərin evlərini, o cümlədən, məşhur aktyor, rejissor, ssenari müəllifi Şeyx Əbdülün evini də qəzalı vəziyyətə salıb. Füzuli meydanında park salınması üçün aparılan tikinti-qazıntı işləri ətraf evləri qəzalı hala salıb.Aktyorun evinin divarlarında yaranan çatlardan artıq küçə görünür. Bir ildir bu vəziyyətdə yaşayan aktyor məsələni sivil qaydada, dava-dalaş salmadan həll etməyə çalışsa da bir nəticəsi olmayıb. Bütün adiyyatı qurumlara ünvanladığı müraciətlər nəticəsində Şeyx Əbdül Mahmudbəyovun evinin həqiqətən qəzalı vəziyyətdə olması təsdiqlənib. Və ailənin burdan köçürülməsi məsələsi də ərazidə tikinti işləri həyata keçirən “Effekt 2011 MMC” -yə tapşırılıb ki, şirkət öz hesabına onları yeni mənzillə təmin etsin. Amma bütün bunlara rəğmən, nə adı çəkilən şirkət, nədə ki ərazidə aparılan tikinti işlərinə nəzarət edən Bakı şəhər İcra Hakimiyyəti bu məsələni həll etmək istəmir.Aktyor deyir ki, artıq gecələr evdə yatmağa da qorxuruq. Bu səbədən nəvələrini hər gün gecələmək üçün qohum-əqrabasının evinə göndərir. 70 yaşlı aktyor deyir ki, 50 illik incəsənət fəaliyyətində göstərdiyim xidmətlərə görə yeganə qazancım bu evdir ki, burda da oğlunun və qızının ailəsi ilə birgə darısqal şəraitdə yaşayırlar. Amma başlarını sala biləcəyi tək evlərinin də başlarına uçması təhlükəsi onlara rahat nəfəs almağa imkan vermir. Şeyx Əbdül Mahmudovun şikayəti ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunsa da, heç bir nəticəsi vermədi