Məşhur türk aktyor Saruhan Hünel qəfildən əməliyyat olunub.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddətdir ürək xəstəliyindən əziyyət çəkən aktyorun əməliyyat olunduğu məlum olub.
Aktyorun bacısı Aslı Hünel qardaşının vəziyyətini açıqlayıb.
O, "Əziz qardaşımın bir müddətdir ürəyində problem var. Bu gün səhər ürəyindən əməliyyat olunub. Sevdiklərimiz dua etsə sevinərdik" - deyə açıqlama verib.
Belə ki, aktyor reanimasiya şöbəsində saxlanılır.
Mikayıl