Məşhur aktyor vergidən yayınmaqda ittiham olunur

MAQAZİN
11:41 25.02.2025
187
Dünyaca məşhur aktyor Jerar Depardyeyə qarşı vergidən yayınma və çirkli pulların yuyulması iddiası ilə araşdırma başladılıb.
 
AZEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, aktyor Fransada vergidən yayınmaq üçün yalandan Belçikada yaşamaqda şübhəli bilinir.

İttihamlar vergi orqanlarının Depardyenin Fransada yüksək vergilərdən yayınmaq üçün Belçikada aldığı iqamətgahı və oradakı fəaliyyəti ilə bağlı araşdırmaya başlamasından sonra irəli sürülüb.
 
Müstəntiqlərin fikrincə, o, yaşayış yeri haqqında yalan məlumat verərək vergi öhdəliklərindən yayınıb.
 
2025-ci il fevralın ortalarında Parisdə, Men-et-Luara departamentində və Belçikada araşdırmalara başlanılıb.
 
Aysel
OXŞAR XƏBƏRLƏR