Məşhur aktyorun qızı oteldə ölü tapıldı - FOTO

Məşhur aktyorun qızı oteldə ölü tapıldı - FOTO
MAQAZİN
10:37 02.01.2026
169
Amerikalı aktyor Tommi Li Consun qızı Viktoriya Kaliforniyadakı otellərin birində ölü tapılıb.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə TMZ portalı mənbələrə istinadən məlumat yayıb.

Portalın məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Viktoriyanın cəsədini yanvarın 1-i səhər saatlarında San-Fransiskodakı otellərin birində aşkar ediblər. Polisin portala dəqiqləşdirməsinə görə, əməkdaşlar meyitin tapılması ilə bağlı daxil olan məlumat əsasında saat 04:00 radələrində (Bakı vaxtı ilə təxminən 16:00-da) otelə gəliblər.

Hadisə yerinə məhkəmə-tibbi ekspertinin gəldiyi və araşdırma apardığı bildirilir.

Ölümün səbəbi hələlik məlum deyil.

 

OXŞAR XƏBƏRLƏR