Məşhur aktyorun yalançı ölüm xəbərinə bacısı qızından sərt reaksiya: "Bizdən eşitdiyiniz xəbərlərə etibar edin"

Məşhur aktyorun yalançı ölüm xəbərinə bacısı qızından sərt reaksiya: "Bizdən eşitdiyiniz xəbərlərə etibar edin"
DÜNYA
13:42 25.06.2023
597
Üçüncü dəfə yaxalandığı limfa xərçənginin müalicəsini uğurla başa vurduqdan sonra böyrək xəstəliyi səbəbindən 3 ay reanimasiya şöbəsində intubasiya edilən Özkan Uğurla bağlı əsassız iddialar bacısı qızını qəzəbləndirib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, əmisinin müalicəsinin davam etdiyini deyən Özlem Uğur "Səbrli olun. Bizdən eşitdiyiniz xəbərlərə etibar edin", - deyib.
 
Özkan Uğurun bacısı qızı Özlem Uğur dayısı ilə bağlı əsassız iddialara belə cavab verib:
 
"Əmimlə bağlı 1 saat ərzində sosial mediada yayılan xəbərlər əsassızdır. Yüzlərlə mesaja cavab verməyə çalışıram. Xahiş edirəm, səbrli olun. Hörmət edin. Anlayışınız üçün təşəkkür edirik".
 
Sənətçinin səhhəti ilə bağlı da ailəsindən açıqlama verilib:
 
"Özkan Uğurun müalicəsi davam edir və o, mayın 29-dan reanimasiya şöbəsindədir. Dünəndən etibarən xəstəliyi ilə bağlı çox gözəl xəbərlər almağa başladıq. İnanırıq ki, həkimlərinin böyük səyi və Allahın izni ilə onun müalicələrin əks təsirlərindən yaranan problemləri tezliklə həll olunacaq və reanimasiyadan ayrılacaq. Mənşəyi qeyri-müəyyən olan neqativ xəbərlərə inanmamağınızı xahiş edirik. Ümid edirəm ki, yaxın zamanda şəxsən sizə xoş xəbəri çatdıracağıq. Ailəsi olaraq göstərdiyiniz marağa görə çox təşəkkür edirik. Dualarınızı əsirgəməyin. Həyat yoldaşı Aysun Aslan Uğur və oğlu Alişan Uğur".

Qeyd edək ki, Özkan Uğurda 2013-cü ildə lenfoma xərçəngi diaqnozu qoyulub və sənətçi uğurlu müalicədən sonra xəstəliyə qalib gəlib. 2020-ci ildə xəstəliyi ikinci dəfə məğlub edən məşhur sənətçinin yenidən lenfoma xərçənginə tutulduğu və ağıllı dərmanlardan istifadə etməyə başladığı açıqlanıb. Onun reanimasiyada və intubasiyada olduğunu öyrənən sənətçinin ailəsi əsassız ölüm xəbərini qınayıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR