Məşhur aparıcı 'Neftçi'nin mətbuat xidmətinin rəhbəri oldu
İDMAN
22:41 04.06.2012
1963
Gündüz Abbaszadə “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri oldu AZXEBER.COM-un anspress-ə istinadən verdiyi məlumata görə, “Neftçi”də kadr dəyişikliyi baş verib. Bir müddətdir ki, “Neftçi” jurnalının baş redaktoru vəzifəsində çalışan və hamının ANS-in idman şərhçisi kimi tanıdığı Gündüz Abbaszadə bundan sonra klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri kimi fəaliyyət göstərəcək.