Məşhur aparıcının oğlu koronavirusdan öldü

DÜNYA
23:01 22.05.2020
1197
Rusiyalı 80 yaşlı məşhur aparıcı Svetlana Morqunovanın yeganə oğlu Maksim koronavirusdan vəfat edib.

52 yaşlı Maksim ölümünün son gününə qədər infeksiyaya yoluxduğunu gizlədib.

Mayın 10-da virusun simptomlarını hiss edən Morqunov COVİD-19 testindən keçib və analiz cavabının müsbət olduğunu öyrənib. Lakin o, bu barədə yaxınlarına heç bir məlumat verməyib və ev şəraitində özünü müalicə etməyə başlayıb.

Maksim xəstə olduğu müddətdə isə onun həyat yoldaşı və qızı bağ evlərində yaşayırmış. Telefon zənglərinə cavab verməyən Svetlanın oğlu öz mənzilində ölü tapılıb.
 
///axşam.az

OXŞAR XƏBƏRLƏR