Kişilər arasında marafon üzrə dünya rekordunun sahibi, 24 yaşlı keniyalı atlet Kelvin Kiptum yol qəzasında dünyasını dəyişib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Kiptumun ölüm xəbərini ölkənin keçmiş baş naziri Raila Odinqa yayıb:
"Keniya bir cəvahirat itirdi. Deməyə başqa söz tapmıram."
Kiptum və onun məşqçisi Gervais Hakizimana da eyni qəzada dünyasını dəyişib.
Qeyd edək ki, Kiptum 2023-cü ildə London marafonunun da qalibi olub.
Oksana