Meyxanaçı-müğənni Samirə Yusifqızı qardaşının axtarışına çıxıb.
AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, müğənni 25 il bundan öncə yoxa çıxan qardaşını tapmaq üçün "Səni axtarıram" verilişınə qatılıb.
Ata bir, ana ayrı qardaşı olduğunu deyən Samirə indiyə kimi qardaşını axtarmaq fikrində olmadığını etiraf edib. Qardaşının illər öncə Azərbaycandan getdiyini bildirən müğənni onun sağ olduğuna inandığını sözlərinə əlavə edib. Samirə illər sonra qardaşını axtarmağa qərar verməsinin səbəbini yaşa dolduqca təklik hissindən qorxması ilə əlaqələndirib.