“GünayBank”ın sədr müavini 100 milyonu götürüb ölkədən qaçdı

“GünayBank”ın sədr müavini 100 milyonu götürüb ölkədən qaçdı
TOP4
23:44 17.06.2018
20886
Azərbaycanda daha bir iri bank soyğunu baş verib. Soyğunu həyata keçirənlər isə Hollivud filmlərindəki kimi maskalı quldurlar deyil, bankın rəhbərliyinə daxil olan şəxsdir.

AZXEBER.COM xəbər verir ki, bank çevrələrindən virtualaz.org –a məlum olub ki, Azərbaycanın ilk kommersiya banklarından biri olan "GünayBank” ASC-nin idarə heyətinin sədr müavini Emin Zeynalov əmanətçilərin pullarını götürərək ölkədən qaçıb. Onun bankdan 100 milyon manata yaxın vəsait çıxardığı bildirilir. Ehtimal ki, pullar əvvəlcədən hansısa offşor şirkətlərin hesablarına axıdılıb.  E.Zeynalov əvvəllər ölkənin iri banklarından birində departament rəhbəri olub, 2017-ci ilin aprelində "GünayBank”ın idarə heyətinin sədr müavini təyin edilib. Bu misli görünməmiş bank soyğunun təfərrüatları barədə yaxın günlərdə mənbələrimizin köməyi ilə əlavə məlumatlar əldə etməyə çalışacağıq.

"GünayBank” ASC 1992-ci ildən fəaliyyət göstərir və Azərbaycanın bank sektorunu 2015-ci ildə bürümüş dərin böhrana baxmayaraq ayaqda qala bilmişdi. Hətta bankların əksəriyyəti ili zərərlə başa vursa da "GünayBank” ötən il təmiz gəlir əldə edən azsaylı banklardan biri olub.

Bankın əsas səhmdarları Mahmud Məmmədov və Yeganə Şirinovadır. Onlar bankın səhmlərinin 89.76 faiz hissəsinin sahibidir.  Mahmud Məmmədov bankın Müşahidə Şurasının sədridir. 2017-ci il üçün maliyyə hesabatına əsasən "GünayBank” ASC-nin cəmi aktivləri 186 milyon manat olub. Bankın müştəri hesabları üzrə öhdəlikləri 94 milyon manatdan yuxarıdır, cəmi nizamnamə kapitalı isə 57.4  milyon manatdan yuxarıdır. Bu rəqəmlərdən də göründüyü kimi bankir Zeynalov bankı faktiki olaraq boşaldıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İspaniyanın elektrik enerjisini bərpa etmək üçün 6-10 saat lazımdır
19:10 28.04.2025
İspaniyanın elektrik enerjisini bərpa etmək üçün 6-10 saat lazımdır
İspaniya, Portuqaliya, Andorra və Fransanın bir hissəsi işıqsız qalıb
18:58 28.04.2025
İspaniya, Portuqaliya, Andorra və Fransanın bir hissəsi işıqsız qalıb
Çin səfiri: ABŞ iqtisadi zorakılıqla məşğuldur
18:47 28.04.2025
Çin səfiri: ABŞ iqtisadi zorakılıqla məşğuldur
Ermənistanın İstintaq Komitəsi: Müddətli xidmət əsgəri, ehtimal ki, intihar edib
18:35 28.04.2025
Ermənistanın İstintaq Komitəsi: Müddətli xidmət əsgəri, ehtimal ki, intihar edib
Türkiyədə 2 qrup arasında silahlı insident baş verdi
18:33 28.04.2025
Türkiyədə 2 qrup arasında silahlı insident baş verdi
Keçmiş futbolçu ölüm təhdidləri aldığını açıqladı
18:16 28.04.2025
Keçmiş futbolçu ölüm təhdidləri aldığını açıqladı
İran Prezidenti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib
17:49 28.04.2025
İran Prezidenti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib
Gürcüstanda “NATO-Gürcüstan Təlimi 2025” başlayıb, Azərbaycan da iştirak edir
17:43 28.04.2025
Gürcüstanda “NATO-Gürcüstan Təlimi 2025” başlayıb, Azərbaycan da iştirak edir
Birbank Biznes regionda yaşayan sahibkarları bir araya gətirdi
17:37 28.04.2025
Birbank Biznes regionda yaşayan sahibkarları bir araya gətirdi
"Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir"
17:25 28.04.2025
"Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir"
Mərkəzi Bankdan “Bakı Kart”a qarşı tədbir
16:40 28.04.2025
Mərkəzi Bankdan “Bakı Kart”a qarşı tədbir
"Talassemiya işi" üzrə təqsirləndirilən şəxslərə cəza istənilib
16:24 28.04.2025
"Talassemiya işi" üzrə təqsirləndirilən şəxslərə cəza istənilib
Azərbaycan Prezidenti: Biz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk
16:09 28.04.2025
Azərbaycan Prezidenti: Biz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk
Bəzi yerlərdə yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
16:07 28.04.2025
Bəzi yerlərdə yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
"TuranBank" ağacəkmə aksiyasında iştirak edib
15:53 28.04.2025
"TuranBank" ağacəkmə aksiyasında iştirak edib
"Azərbaycan və İran ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir"
15:41 28.04.2025
"Azərbaycan və İran ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir"