Argentinanın "İndependiente" komandasının baş məşqçisi Karlos Teves evdə xoşagəlməz hadisə ilə üzləşib.
Tevez Buenos-Ayresə bağlı San-İsidro şəhərindəki evinin hamamında müvazinətini itirərək yıxılıb və başı dəzgaha dəyib.
Təcili xəstəxanaya çatdırılan Karlos Tevezin beyin silkələnməsi olduğu üzə çıxıb. Sol qaşı yarılan argentinalı məşqçinin başına10 tikiş vurulub və bir müddət müşahidə altında saxlanacağı bildirilib.