Məşhur bloger evlilik ildönümündə yenidən evləndi - FOTO

Məşhur bloger evlilik ildönümündə yenidən evləndi - FOTO
MAQAZİN
12:57 08.04.2024
294
Məşhur Azərbaycanlı bloger Aytən Fərzəliyevanın həyat yoldaşı Həmid Həmidli ilə paylaşdığı paylaşım izləyiciləri tərəfindən maraqla qarşılanıb.

AZXEBER.COM xəbər verir ki, onlar evliliklərinin 5-ci ili münasibətilə bəylik və gəlinlik geyinərək çəkiliş ediblər. 

Paylaşımda onlar illər keçsə də sevgilərinin bitmədiyini dilə gətiriblər: 

"Əsl sevgi səbr, bağışlaya bilmək, hər çətinliyi birlikdə aşmaq, gərəkdiyində susmaqdır.Biz bunu artıq 5 ildir bacarırıq. İnşallah bir ömür son nəfəsimizə kimi bir ailə olaraq davam edərik. Allah hər kəsə gözəl ailə səadəti qismət etsin”. 

Xatırladaq ki, 2019-cu ildə ailə həyatı quran cütlüyün bu evlilikdən Alisa adlı qızları var. 

Oksana
 

OXŞAR XƏBƏRLƏR