Məşhur bloger sevgilisini cinsi zorakılıqda ittiham edib

Məşhur bloger sevgilisini cinsi zorakılıqda ittiham edib
MAQAZİN
14:11 17.09.2025
161
Rusiyalı blogger Maryana Ro (Maryana Andreevna Rojkova) keçmiş sevgilisi İvanqay tərəfindən cinsi istismara məruz qaldığını iddia edib.

AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, Maryana sosial şəbəkələrdə 14 yaşı olan zaman 18 yaşlı sevgilisi İvanqayın onu intim münasibətə məcbur etdiyini, təhqir edib, döydüyünü və zərərli maddələr qəbul elətdirdiyini bildirib.
 
Bu hadisədən sonra Maryana uzun müddət psixi vəziyyətini bərpa etdiyini və həkim dəstəyi aldığını açıqlayıb.

İvanqay isə öz növbəsində açıqlama verərək iddiaların əksinə olaraq, münasibətin qarşılıqlı razılıq əsasında olduğunu deyib.

O, eyni zamanda keçmiş sevgilisini qanunsuz maddələrdən istifadə etməyə məcbur etdiyi iddialarını da təkzib edib.
 
Aysel
OXŞAR XƏBƏRLƏR