Məşhur bloqer Hüseyn Həsənov Moskvada saxlanıldı

Məşhur bloqer Hüseyn Həsənov Moskvada saxlanıldı
DÜNYA
21:58 19.06.2020
1298
Rusiyada yaşayan məşhur azərbaycanlı bloqer Hüseyn Həsənov Moskvada polis tərəfindən saxlanılıb.

Bu barədə gazeta.ru məlumat yayıb. 

Bildirilir ki, bloger "Rolls Royse Cullinan” markalı avtomobilində saxlanılıb. Həmin maşının axtarışda olduğu deyilir.

O da qeyd olunur ki, Hüseyn maşına "Lamborghini” markalı digər avtomobilinin nömrə nişanını vurub.

Bloqer həmçinin bu ayın 9-da avtomobilinin dövlət nömrə nişanını gizlətdiyinə görə üç aylıq sürücülük hüququndan məhrum edilib.

Xatırladaq ki, Rusiyanın məşhur blogerlərindən olan Hüseynin "İnstagram"da 14 milyondan çox izləyicisi var.
 
///oxu.az
OXŞAR XƏBƏRLƏR