Məşhur brend qadın işçilərinə qadağa qoydu: Diqqətçəkən geyimlər geyinməyin

MARAQLI
15:52 16.06.2022
334
Məşhur geyim brendi "Kiğılı” qadın işçilərə geyim xəbərdarlığı edib.
 
AZXEBER.COM xəbər verir ki, məşhur geyim markası "Kığılı"nın qadın işçilərinə geyimləri ilə bağlı xəbərdarlığı sosial mediada tənqidlərə səbəb olub. 
 
Sözügedən mətndə "Hörmətli həmkarlar, havanın temperaturunun artması ilə geyim prosedurunu xatırlatmaq istədik. Geyinmə prosedurumuzda aksesuarlar, saça qulluq, dekolte, ətək ilə bağlı qaydalar açıq şəkildə göstərilib. Nəzərinizə çatdırırıq ki, dekolte və ətək uzunluqları həddindən artıq olmamalıdır, diqqət çəkməyəcək şəkildə geyinilməlidir. Sevgi və hörmətimizlə.", - deyə bildirilib.
 
"Kiğılı"nın sözügedən xəbərdarlığı sosial mediada böyük əks-səda doğurub. İstifadəçilər bunu qadın işçilərə qarşı hörmətsizlik kimi qiymətləndiriblər.
 

 

OXŞAR XƏBƏRLƏR