Məşhur cütlüyün ölümünün detalları polisi təəccübləndirib

Məşhur cütlüyün ölümünün detalları polisi təəccübləndirib
MAQAZİN
15:14 16.04.2025
263
İllərdir böyük ekranda bir çox obrazları canlandıran, mükafatlar qazanan aktyor Gene Hakman və həyat yoldaşı Betsi Arakavanın birlikdə ölü tapılması bütün dünyanı şoka salmışdı.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, cütlüyün qətli ilə bağlı hər gün meydana çıxan dəlillər polisi belə şoka salıb.

Məşhur aktyorun həyat yoldaşı ilə son nəfəslərini verdiyi 4 milyon dollarlıq malikanədən polis kamerasına əks olunan görüntülər qorxu filmini xatırladıb.

Polisin görüntülərinə görə, Hakman və Arakava səliqəsiz və baxımsız vəziyyətdə yaşayıbılar.

Cütlük şəxsi həyatlarını ictimaiyyətin diqqətindən kənarda yaşamaq prinsipinə o qədər sadiq idilər ki, evlərinə təmizlikçi belə buraxmayıblar.

Hakman və onun arvadının mülkünün yerləşdiyi ərazidəki ayrı-ayrılıqda tikilmiş 8 binada ölü gəmiricilər və onların yuvaları tapılıb.

Beləliklə də Betsi Arakavanın ölümünə səbəb olan Hantavirus xəstəliyinin ona haradan keçdiyi məlum olub.
 
Xatırladaq ki, fevral ayında eyni gündə vəfat edən cütlükdən 95 yaşlı Hakmanın cəsədi evin giriş hissəsində, 63 yaşlı həyat yoldaşı Betsinin nəşi isə hamam otağında döşəmədə aşkarlanmışdı.
 
Aysel
OXŞAR XƏBƏRLƏR