Məşhur DJ-nin cansız bədəni zibillikdəki çamadandan tapıldı - FOTO

Məşhur DJ-nin cansız bədəni zibillikdəki çamadandan tapıldı - FOTO
DÜNYA
13:27 27.01.2023
520

Kolumbiyanın ən məşhur DJ-lərindən olan 23 yaşlı Valentina Trespalaciosun cəsədi zibillikdəki çamadandan tapılıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İnstaqramda minlərlə izləyicisi olan məşhur DJ-nin cəsədi paytaxt Boqotada zibillikdə çamadanda tapılıb.

Gənc qadının döyülərək, boğularaq öldürüldüyü müəyyən edilib.

Kolumbiya polisi Trespalaciosun 35 yaşlı sevgilisini qətldə şübhəli bilib.

Məşhur DJ-lə bir ildir birlikdə olan və qətldən sonra yoxa çıxan üç uşaq atası, Texas əsilli Con Poulosun Panamada tutularaq saxlanılaraq Kolumbiyaya təhvil verildiyi açıqlanıb. Panama hava limanında yaxalanan Poulosun İstanbula THY təyyarəsinə minmədən bir neçə dəqiqə əvvəl yaxalandığı ortaya çıxıb.

O, qətli öz boynuna almayıb.

Araşdırmalar davam edir.

Ayşən

 

OXŞAR XƏBƏRLƏR