İnstaqramda milyonlarla izləyicisi fenomen olan gənc qadın İnes Troxiya süni intellektlə virtual modellər yaradanları sərt tənqid edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, gənc fenomen özünə bənzəyən manikenlərin süni intellektdən istifadə edilərək hazırlandığını və bu "virtual manikenlərin” ondan çox daha qısa müddətdə çox sayda izləyiciyə çatdığını bildirib.
Süni intellektdən istifadə edən insanların öz bədənlərindən ilham aldıqlarını ifadə edən Troxiya "Bu süni zəka ilə yaradılan manekenlər əlçatmaz gözəllik standartları yaradır. Bu, nəinki bezdiricidir, həm də məndən ilham alaraq mənə maddi ziyan vururlar", - deyə üsyan edib.
29 yaşlı model "İnsanlar mənim süni intellektli model olduğumu düşünür və profilimdən də aydın göründüyü kimi, dəb nümayişlərində görünürəm və bir çox layihələrdə çalışmışam", - deyib.
Bəzi hesabların birbaşa onun öz videosunu oğurladığını və daha çox izlənildiyini deyən qadın, "Süni intellekt bütün sektorları narahat edir", - deyə fikirlərini yekunlaşdırıb.
Mikayıl