Məşhur fenomeni döyən eks sevgilisi həbs edildi

Məşhur fenomeni döyən eks sevgilisi həbs edildi
DÜNYA
11:55 13.04.2025
379
Türkiyənin məşhur internet fenomeni Danla Bilicə qarşı zorakılıq tətbiq edən keçmiş sevgilisi Berk Çetin hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, insidentlə bağlı istintaq başladan polis əməkdaşları Berk Çətini Dənizli şəhərində taparaq nəzarətə götürüblər.

İlkin ifadəsində o, özünə qarşı çoxsaylı əsassız ittihamların irəli sürüldüyünü deyib. Lakin aparılan araşdırmalardan sonra Berk Çetin Sülh Cəza Məhkəməsinə çıxarılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək penitensiar müəssisəyə göndərilib.
OXŞAR XƏBƏRLƏR