Məşhur "Forbes" jurnalı azərbaycanlı qızdan müsahibə alıb.
Jurnalda Lənkəranda doğulub, San-Fransiskoda yaşayan azərbaycanlı Aytəkin Əliyavanın müsahibəsi çap olunub.
Məqalədə onun yaratdığı Femigrants sosial şəbəkə layihəsi təqdir olunub.
Instagram və Facebook-da "Data Integrity" mütəxəssisi olan Aytəkin Əliyeva Femigrants şəbəkəsini qadın immiqrantlara kömək etmək üçün yaradıb. Femigrant-ın ilk forumu mart ayının 22-də San Fransiskoda keçirilib.
Qeyd edək ki, "Female" (qadın) və "immigrant" ( mühacir ) sözlərinin birləşməsindən yaranan Femigrants sosial şəbəkəsi 3000-dən çox immiqrant qadın sahibkar və biznes liderin istifadə etdiyi sosial şəbəkədir.
///Milli.az