Məşhur fotojurnalist Pol Lou Los Ancelesdə oğlu tərəfindən bıçaqlanaraq öldürülüb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Britaniyalı fotojurnalist Pol Lou şənbə günü Los-Ancelesdə vəfat edib.
Keçmiş Yuqoslaviyadakı müharibələr də daxil olmaqla, böyük dünya hadisələrini izləyən və illərdir Bosniyanın paytaxtı Sarayevoda işləyən 61 yaşlı Lou həftə sonu San Gabriel dağlarında səfərdə olarkən ölü tapılıb.
Səlahiyyətli şəxslər, Paul Lounun cəsədinin tapıldığı yerdən sürətlə uzaqlaşarkən görünən və bir neçə kilometr aralıda qəzaya uğrayan şəxsin tutulduğunu, tutulan şəxsin isə Pol Lounun 19 yaşlı oğlu Emir Lou olduğunu bildiriblər.
Atasının ölümünün səbəbinin boyun nahiyəsindən aldığı bıçaq yarası olduğu müəyyən edildikdən sonra Əmir qətldə şübhəli bilinərək həbs edilib.
Oksana