Məşhur fotoqraf bəbir tərəfindən hücuma məruz qaldı

MARAQLI
14:39 27.08.2021
775
36 yaşlı fotoqraf Jessica Leidolph fotosessiya çəkmək üçün bəbirlərin qəfəsinə girərkən hücuma məruz qalıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hadisə Almaniyanın Şərqində olan bir zooparkda baş verib.
 
Məlumata görə, azarkeş sevgisi ilə tanınan fotomodel Jessica Leidolph Almaniyadakı zooparka gedib. Foto çəkmək üçün istifadə edilən vəhşi heyvanlarla qəfəsə girən model fotosessiya zamanı Troya və Paris adlı iki bəbirin hücumuna məruz qalıb.
 
Bəbirlərin hücumuna məruz qalan 36 yaşlı model əsasən baş nahiyəsindən və bədənin müxtəlif yerlərindən ağır yaralanıb. Təcili xəstəxanaya yerləşdirilən modelin həyati təhlükəsi davam edir. Dəhşətli hadisədən sonra səlahiyyətlilər istintaqa cəlb ediliblər. 
 
Qeyd edək ki, məşhur "Bild"qəzetinin paylaşdığı xəbərdə qəfəsdəki fotosessiyanın niyə və kim tərəfindən edildiyinin hələ də açıqlanmadığı bildirilib.
 
Mikayıl Mirzəzadə

OXŞAR XƏBƏRLƏR