Məşhur fransız müğənni Geş Patti 80 yaşında vəfat edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, sənətçinin ölüm xəbərini onun çalışdığı agentlik təsdiqləyib.
Müğənninin ölüm səbəbi açıqlanmayıb.
Xatırladaq ki, Geş Patti 1987-ci ildə təqdim etdiyi məşhur "Etienne” mahnısı ilə dünya şöhrəti qazanmışdı. Qara-ağ üslubda çəkilən klipi və fərqli səhnə obrazı onu dövrünün ən tanınmış ifaçılarından birinə çevirmişdi.
Qeyd edək ki, sənətçi musiqi karyerasına başlamazdan əvvəl baletlə məşğul olub, daha sonra teatr və musiqili tamaşalarda çıxış edib.
Aysel











































