Məşhur futbolçu Azərbaycanla məzələndi

İDMAN
12:41 08.10.2013
2227

Əfsanəvi forvard Eysebionu Portuqaliya yığmasında vurduğu qolların sayına görə Kriştianu Ronaldu ilə müqayisə edilməsi məyus edir.

"Real" Madrid klubunun super ulduzu Kriştianu Ronaldu Portuqaliya yığmasında Eysebiodan çox qol vurub. 106 oyuna Ronaldu 43, Eysebio isə 60 oyuna 41 top vurub.

"Mən məyus oldum. Bu, müqayisə ediləsi deyil. Bu düzgün deyil. Bu nəticəni əldə etmək üçün mən 60-a yaxın oyun keçirmişəm. İndi isə qol vurmaq çox asanlaşıb. Bir də, mən heç vaxt Azərbaycan və yaxud Lixtenşteyn kimi komandalara qarşı oynamamışam", - Eysebio deyib. (milli.az)

OXŞAR XƏBƏRLƏR