Futbol üzrə Fransa yığma komandasının sabiq forvardı Tyerri Anri "Bordo" klubunun baş məşqçisi təyin oluna bilər.
AZXEBER.COM "report"-a istinadən bildirir ki, hazırda Anri Belçika milli komandasında baş məşqçi Roberto Martinesin köməkçisi vəzifəsində çalışır.
"Bordo"nun hazırkı baş məşqçisi Qustavo Poyetdir. O, bu vəzifəyə 20 yanvar 2018-ci il tarixində təyin olunub. Avqustun 17-də hücumçu Qaetan Labordenin "Monpelye" komandasına transferini tənqid etməsi səbəbindən klub rəhbərliyi onu bir həftəlik vəzifəsindən kənarlaşdırıb.
"Bordo" 2017/18-ci illər mövsümündə Fransanın I Liqasında 38 oyuna 55 xalla 6-cı yeri tutub. Komanda 16 qələbə qazanıb, 7 dəfə heç-heçə edib və 15 matçda məğlubiyyətlə barışıb.