Məşhur futbolçu Braziliyada 100-ə yaxın insanı daşqınlardan xilas edib

İDMAN
20:58 07.05.2024
218
İngiltərənin "Çelsi" və İspaniyanın "Atletiko" klubunun sabiq futbolçusu Dieqo Kosta Braziliyada 100-ə yaxın insanı daşqınlardan xilas edib.

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu məşqdən evə qayıdarkən Eldorado do Sulda kömək istəyən bir qrup insanla qarşılaşıb.

O, xilasetmə işləri üçün "Jeep" markalı avtomobil və motosiklet təşkil edib. Daha sonra nəqliyyat vasitəsi olan 4 dostunu da bu işə yönləndirib.

Qeyd edək ki, Braziliyada daşqınlar nəticəsində 80-dən çox insan ölüb. Kosta hazırda Braziliyada "Qremio"nun formasını geyinir.

OXŞAR XƏBƏRLƏR