Məşhur futbolçu Dünya Çempionatında mübarizəsini dayandırdı

İDMAN
15:07 23.11.2022
330
Fransız ulduz Lukas Hernandes Dünya Çempionatında mübarizəsini dayanırıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 2022-ci il futbol üzrə dünya çempionatına qələbə ilə başlayan Fransa millisinin müdafiəçisi Lukas Hernandes zədə səbəbindən turnirdən kənarda qalıb.
  
Fransa Futbol Federasiyasından verilən açıqlamada, 4-1 qalib gəldikləri Avstraliya matçında sağ dizinin ön çarpaz bağı yırtılan müdafiəçi Hernandesin turniri bağladığı qeyd edilib.

Almaniyanın "Bavariya" klubunda çıxış edən Lukas Hernandes Avstraliyanın 9-cu dəqiqədə vurduğu qolun ötürməsini verən Metyu Leki ilə ikiqat mübarizədən sonra yerdə qalıb, qardaşı Teo isə matçı davam etdirə bilməyəndə oyuna daxil olub.

Fransada Didye Deşamın rəhbərliyi altında Pol Poqba, N'Qolo Kante, Presnel Kimpembe, Kristofer Nkunku və "Qızıl top"a layiq görülmüş hücumçu Kərim Benzema heyətə düşə bilməyib və ya zədə səbəbindən heyətdən kənarlaşdırılıb.

Qeyd edək ki, D qrupunda yer alan Fransa şənbə günü Danimarka ilə qarşılaşacaq.
 
Aydın
 

OXŞAR XƏBƏRLƏR