Qarşıdakı mövsüm üçün transfer fəaliyyətlərini sürətləndirən "Fənərbaxça" "Seltik"in yaponiyalı ulduzu Daizen Maeda üçün təklif göndərməyi planlaşdırır.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Joze Mourinyonun rəhbərliyi altında olan klub yay transfer dönəminə tez başlamağı hədəfləyib.
Gələn həftə Şotlandiyada reyd keçirməyi planlaşdıran rəhbərlik "Seltik" rəsmiləri ilə görüşüb 27 yaşlı futbolçu üçün 10 milyon avrodan çox təklif edəcək.
Gülay