Məşhur futbolçu həbs edildi

İDMAN
13:42 22.02.2024
131
"Barselona"nın əfsanəvi braziliyalı futbolçusu Dani Alves azadlıqdan məhrum edilib. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, futbolçu cinsi təcavüzə görə 4 il müddətinə həbs olunub. 

Alves 2022-ci il dekabrın 31-də gecə klubunda qadına təcavüz etməkdə günahlandırılıb. 

Şikayətdən 3 həftə sonra həbs edilən Dani Alves təxminən 1 il həbsdə qalmışdı. 

Dani Alves daha əvvəl verdiyi ifadələrdə zorlama ittihamını rədd etmiş və bunları demişdi: 

"Getmək istəsəydi, gedə bilərdi, orada olmaq məcburiyyətində deyildi. Amma heç vaxt ayrılmaq istəmədi" deyərək özünü müdafiə etmişdi. 

Qeyd edək ki, futbol karyerasında "Sevilya”, "Barselona”, "Yuventus”, PSJ kimi böyük klublarda çıxış edən Dani Alves Braziliya Milli Komandasında da 100-dən çox oyun keçirib. 

Oksana

OXŞAR XƏBƏRLƏR