Yaponiyalı futbolçu Juniçi İnamoto aktiv futbolçu karyerasını başa vurub.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bir müddət "Qalatasaray”da çıxış edən yaponiyalı futbolçu Juniçi İnamoto 45 yaşında karyerasını bitirmək qərarına gəlib.
O, bu haqda sosial şəbəkədəki paylaşımında məlumat verib.
Sosial media hesabında oynadığı klubların şəklini paylaşan İnamoto, "Futbola təşəkkür edirəm" qeydini əlavə edərək, karyerasını bitirmək qərarını açıqlayıb.
Qeyd edək ki, 2006-2007 mövsümündə "Qalatasaray"da çıxış edən İnamoto 34 rəsmi oyunda 1 qol vurub.