Fransanın PSJ klubu yay "transfer pəncərəsi" üçün "Atletiko Madrid"in futbolçusu Antuan Qrizmannı əsas hədəflərdən biri kimi görür.
AZXEBER.COM "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi 33 yaşlı hücumçunu münasib şərtlərlə heyətinə qatmaq niyyətindədir.
Qrizmannın "Atletiko Madrid"lə müqaviləsində 25 milyon avroluq sərbəstqalma maddəsi olduğu üçün PSJ rəhbərliyi onun transferini sərfəli hesab edir. Fransalı ulduzun gələcəyi ilə bağlı yekun qərarın mövsümün sonunda veriləcəyi gözlənilir.
Qeyd edək ki, Qrizmann cari mövsümdə "Atletiko Madrid" forması ilə bütün turnirlərdə 35 oyuna çıxıb, 15 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.