Məşhur futbolçu Ronaldo açıqlamaları ilə gündəmə gəldi: “Ayıbdır, onlar mənim…”

İDMAN
11:22 15.11.2022
315
İngiltərədə bir proqrama qatılan Kriştiano Ronaldo müsahibənin ikinci hissəsində "Mançester Yunayted”i hədəf alıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, açıqlamalarından sonra yenidən gündəmə gələn portuqaliyalı ulduz İngiltərə komandasının menecerlərini ona inanmamaqda ittiham edib.

Ronaldo açıqlamasında deyib ki, "Mançester Yunayted"in menecerləri yeni doğulmuş qızının xəstəliyinə 100 faiz inanmadılar: "Ayıbdır, çünki onlar mənim sözümü qəbul etmədilər, inanmadılar. Ona görə də mövsümöncəsi toplanışda iştirak etmədim, ailəmin yanında olmalı idim”.

Ronalda həmkarından da danışıb: "Rooney və Gary Neville mənim dostlarım deyil, həmkarlarımdır. Birlikdə oynadıq, amma heç vaxt nahar etməyəcəyik. Diqqəti cəlb etmək üçün mənim adımdan istifadə edirlər. Onlar axmaq deyillər, mən dünyada ən çox izlənən adamam, bu təsadüfi deyil”.
 
Aydın
OXŞAR XƏBƏRLƏR