Məşhur futbolçu Ronaldo vəsiqəsiz qaldı

İDMAN
14:15 06.05.2013
1587
İspaniyanın “Real” futbol klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldo sürücülük vəsiqəsindən məhrum edilib.AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, öz avtomobili ilə evinə qayıdan ulduz futbolçu yol hərəkəti qaydasını pozmaqla yanaşı, həm də maşınını icazə verilməyən yerdə saxlayıb.Bütün bunlara baxmayaraq, o, ona irad bildirən polis əməkdaşını da təhqir edib. Nəticədə populyar futbolçunun sürücülük vəsiqəsi əlindən alınıb.
OXŞAR XƏBƏRLƏR