Kiyevin "Dinamo" klubunun və futbol üzrə Ukrayna milli komandasının keçmiş yarımmüdafiəçisi Roman Maksimyuk Rusiya-Ukrayna müharibəsində həlak olub.
AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
Qeyd edilib ki, bu barədə futbolçunun həyat yoldaşı Vera özünün "Facebook" səhifəsində bildirib.
Bizi Instagramda izləyin
<<
Futbolçu bir ildən çoxdur ki, döyüşlərdə itkin düşmüş hesab edilirdi və DNT testi onun ölümünü təsdiqləyib.
Qeyd edilir ki, Roman Maksimyuk 2022-ci ilin payızında Ukrayna Müdafiə Qüvvələrinə qoşulub, bundan əvvəl isə xeyriyyə futbol turnirləri təşkil edərək orduya dəstək olub.
Futbolçu 30 yanvar 2025-ci ildə Pokrovsk istiqamətində döyüş tapşırığını yerinə yetirərkən itkin düşmüşdü.
Roman Maksimyuk, həmçinin "Volın" və "Dnepr" klublarında da oynayıb.










































