Məşhur futbolçu saxlanıldı

Məşhur futbolçu saxlanıldı
İDMAN
14:22 02.12.2025
137
Türkiyəli məşhur futbolçu Gökhan Gönül saxlanılıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, polis İstanbul Birjasında bəzi səhmlərdə spekulyasiya edərək süni qiymət hərəkətləri yaratdıqları aşkarlanan şübhəlilərə qarşı əməliyyat keçirib.
 
Əməliyyat nəticəsində keçmiş futbolçu Gökhan Gönül də daxil olmaqla 12 nəfər saxlanılıb.
 
Xatırladaq ki, Gökhan Gönül Türkiyə milli komandasının və "Fənərbaxça"nın keçmiş futbolçusudur. 

OXŞAR XƏBƏRLƏR