Məşhur futbolçu zədələndi: bir ay meydanlardan uzaq qalacaq

Məşhur futbolçu zədələndi: bir ay meydanlardan uzaq qalacaq
DÜNYA
14:25 02.02.2026
233
"Real Madrid” klubunun ingilis yarımmüdafiəçi Cud Bellinqem sol ayağından zədə alıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Bellinqem Arbeloanın rəhbərliyi altında keçirilən və "Real Madrid”in "Rayo Valyekano”ya 2:1 hesabı ilə qalib gəldiyi oyunda zədələnib.
 
Qarşılaşmanın 9-cu dəqiqəsində meydanın kənarına doğru hərəkət edərkən futbolçu bud əzələsində kəskin ağrı hiss edib.

İngilis ulduz dərhal sol ayağının arxa hissəsini tutaraq yerə oturub, bu da ciddi zədə ehtimalını artırıb. Onun əvəzinə oyuna Brahim Dias daxil olub. Bellinqem meydanı təkbaşına tərk edib və açıq-aşkar əsəbi olduğu müşahidə olunub.

Futbolçunun təxminən bir ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
 
Qeyd edək ki, bu, Bellinqemin cari mövsümdə ikinci ciddi zədəsidir. O, daha əvvəl Klublararası Dünya Kubokundan sonra çiyin zədəsi səbəbindən əməliyyat olunmuş və mövsümün əvvəlini buraxmışdı.

Proqnozlara əsasən, bu zədə səbəbindən futbolçu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Benfika”ya qarşı oyunda komandaya kömək edə bilməyəcək.
 
Bellinqemin yoxluğu fonunda Arda Gülərin yarımmüdafiədə daha çox məsuliyyət daşıyacağı gözlənilir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR