Braziliyanın tanınmış futbolçularından olan Bruno de Souza 22 il müddətinə azadlıqdan məhrum edilib.AZXEBER.COM-un Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, buna səbəb onun sevgilisinin qətlə yetirilməsində əlinin olması olub."Flamenqo" komandasının keçmiş qapıçısı olan 28 yaşlı Bruno Fernandes de Souzanın sevgilisinin dünyaya gətirdiyi uşağın futbolçudan olduğunu iddia etməklə ondan aliment tələb edib. Samudio adlı qadın 2010-cu ildə onun ata olduğunu müəyyən etmək üçün uşağı DNT testindən keçirmək üçün müraciət edəcəyini açıqlamış,bundan sonra qadın yoxa çıxmışdı.