Məşhur "general" həbs edildi: Xankəndiyə gedirmiş

Məşhur "general" həbs edildi: Xankəndiyə gedirmiş
SOSİAL
14:46 30.08.2022
1019
Xankəndindəki terrorçu rejimin tanınmış fiqurlarından biri, qanunsuz erməni silahlı birləşmələrinin sabiq komandanı, "general-leytenant" Mikael Arzumanyan həbs olunub.

AZXEBER.COM Ermənistan mətbuatına istinadən xəbər verir ki, İrəvandan Xankəndinə yönələn M.Arzumanyan 2 saat əvvəl Vardenis (Basarkeçər) rayonunda saxlanılıb.

O, Xankəndinə, mitinqə gəlirmiş 

M.Arzumanyan Ermənistan İstintaq Komitəsinin sanksiyası ilə tutulub.

M.Arzumanyan ermənilər arasında "qorxaq general" kimi tanınır. Qarabağlı ermənilərin silahlı birləşmələrinin başçısı Cəlal Harutyunyan İkinci Qarabağ Müharibəsində raket zərbəsinə tuş gələrək ağır yaralanandan sonra M.Arzumanyan "komandan" təyin edilmişdi.
OXŞAR XƏBƏRLƏR