Məşhur haker qrupu Mərkəzi Bankı hədələdi

SOSİAL
15:15 04.05.2016
1939
Məşhur haker qrupu “Anonymous” yaxın 30 gün ərzində dünyanın bütün Mərkəzi bankarının saytlarına hücum edəcəyini elan edib.
Bu barədə qrup Youtube-də elan yerləşdirib.
Yunanıstan Mərkəzi Bankının saytına ötən gün hücum edən qrup üzvləri yaxın günlərdə digər ölkələrin də Mərkəzi banklarının saytatına hücum planlaşdırır.
“Hücum bir neçə dəqiqə davam edib. Bankın təhlükəsizlik sistemi hücumun öhdəsindən müvəfəqiyyətlə gəlsə də, sayt bir müddət işləməyib”- deyə yunan tərəfi məlumat verib.
“Anonymous” haker qrupu 2003-cü ildə yaradılıb.
Qrup bu müddətdə “PayPal”, “Master Card”, İnterpol, Avropa Komissiyası və Vatikanın saytlarını sıradan çıxarıb.
///Modern.az

OXŞAR XƏBƏRLƏR